AZ

Rəfiqə Quluzadə: Klassik musiqiyə marağı artırmaq üçün konsertlər böyük rol oynayır

Bakı, 7 yanvar, AZƏRTAC

“Müasir dövrdə klassik musiqinin gənc nəsillər arasında da sevilməsini təmin etmək, onların musiqi mədəniyyətinə marağını artırmaq hər zaman önəmli məqsədlərdən olub. Belə ki, bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən Volfqanq Amadey Motsartın 270 illiyinə həsr olunmuş “Nadir klassik musiqi axşamı” bunun bariz nümunəsidir”.

Bunu AZƏRTAC-a açıqlamasında pianoçu Rəfiqə Quluzadə deyib.

O, bildirib ki, konsert proqramında Motsartın müxtəlif janr və üslublarda yazdığı əsərlər təqdim olunub və tamaşaçılara onun zəngin yaradıcılığı səsləndirilib.

Rəfiqə Quluzadə konsertdə Motsartın 23 nömrəli fortepiano konsertinin II hissəsini və məşhur “La major” sonatasının üçüncü hissəsi olan “Türk Marşı”nı (Rondo alla Turca) ifa edib.

Seçilən
84
azertag.az

1Mənbələr