"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimenin xidmətində maraqlı olan klubların sayı sürətlə artır. Türkiyə mediası Avropa nəhəngləri "Barselona", "Real Madrid" və "Bayer Münhen"in də ulduz futbolçunu heyətinə qatmaq istədiyini yazıb. Metbuat.az xəbər verir ki, bu iddia ilə "Hürriyyet" qəzeti çıxış edib. KİV Avropa nəhənglərinin Osimen üçün kisənin ağzını açmağa hazır olduğunu bildirib.Turkiyə mətbuatı İstanbul klubunun təkliflərə soyuq yanaşmadığını qeyd edib. "Qalatasaray"ın Osimenin satışından böyük miqdarda vəsait əldə etməyi düşündüyünü yazıb. Sarı-qırmızılı klubun Osimen üçün 150 milyon avro qiymət müəyyənləşdirdiyi vurğulanıb.