AZ

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat Sevinc Kərimova vəfatETDİ

Əfsanəvi “Karvan” qrupunun yaradıcısı, ölkənin ilk qadın klip rejissoru və tanınmış prodüser Sevinc Kərimova dünyasını dəyişib.

Redaktor.az "Qafqazino"ya istinadla xəbər verir ki, uzun müddət ABŞ-də yaşayan və bir müddət əvvəl Bakıya qayıdan sənətçi 70 yaşında vəfat edib.

Onun son aylarda ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Sevinc Kərimova bu gün Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatına layiq görülüb. Dövlət başçısının imzaladığı Sərəncamla xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Sevinc Kərim qızı Kərimova “Tərəqqi” medalı ilə təltif edilmişdi.

Onu da bildirək ki, mərhumla vida mərasimi yanvarın 8-də, saat 11:00-da Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, 8 ünvanında keçiriləcək.

Seçilən
191
7
redaktor.az

10Mənbələr