AZ

Rubio: Venesuela rəhbərliyi ələ keçirilən neft tankeri ilə bağlı bizimlə əməkdaşlıq edir

Vaşinqton, 7 yanvar, AZƏRTAC

“Venesuela rəhbərliyi Karib dənizində ələ keçirilən neft tankeri ilə bağlı ABŞ-la əməkdaşlıq edir”. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlayıb. Onun sözlərinə görə, Venesueladakı hakimiyyət anlayır ki, nefti daşımaq, gəlir əldə etmək və iqtisadi çöküşdən qaçmaq üçün yeganə yol ABŞ ilə əməkdaşlıq etməkdir.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
93
1
azertag.az

2Mənbələr