AZ

Qusarçay üzərində qorxu: Körpü dağılmaq təhlükəsi ilə üz-üzə – VİDEO

Qusarçayın Xaçmaz rayonu ərazisindən keçən hissəsində yerləşən körpüdə çatlar əmələ gəlib

NOCOMMENT.az Shimal.News-a istinadən xəbər verir ki, Gəndob–Yalama avtomobil yolunun üzərindəki körpünün həm giriş, həm də çıxış hissələrində gözlə görünən çatlar müşahidə olunur.

Sürücülərin və ərazi sakinlərinin bildirdiyinə görə, bu hal artıq bir müddətdir əmələ gəlib və vəziyyət getdikcə daha da ağırlaşır.

Sakinlər deyirlər ki, körpü əsas və əlverişli keçid hesab olunur. Onun sıradan çıxması ilə Xudat və Nabran istiqamətində yerləşən, yüz minə yaxın əhalinin nəqliyyat əlaqəsi tamamilə kəsilə bilər. Ərazidə alternativ keçidin olmaması isə riski daha da artırır.

“Çatlar getdikcə böyüyür. Körpünün alt hissəsi isə zibilliyə və cəngəlliyə çevrilib. Bu vəziyyət ciddi təhlükə yaradır və problemə vaxtında müdaxilə olunmalıdır”, – deyə sakinlər narahatlıqlarını ifadə ediblər.

Aidiyyəti qurumların körpünün texniki vəziyyətini yoxlaması və təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunur.

Seçilən
67
nocomment.az

1Mənbələr