Bakı. Trend:
Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının açdığı atəşnəticəsində Hələbdə ölən mülki şəxslərin sayı 5-ə çatıb, 31 nəfəryaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Al-Ikhbariya" televiziyakanalı xəbər verib.
Bundan əvvəl dörd nəfərin öldüyü, 18 nəfərin yaralandığı barədəməlumat verilib. Suriya keçid hökumətinin Daxili İşlər NazirliyiSDQ döyüşçülərinin atəşi nəticəsində ən azı üç təhlükəsizlikqüvvəsi əməkdaşının yaralandığını bildirib.