AZ

BMT: Venesuelanın nefti onun xalqına məxsusdur

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Venesuelanın nefti həmin ölkənin xalqına məxsusdur”.

Reyting.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-a 30-50 milyon barel neft verəcəyini açıqlamış və Karakas tərəfindən ötürülən neftin bazar qiymətləri ilə satılacağını və gəlirin Venesuela və ABŞ xalqlarının xeyrinə xərclənəcəyini vəd etmişdi.

Dujarrik jurnalistlərlə keçirdiyi brifinqdə deyib:

"Venesueladakı neft, Suriyadakı neft Suriya xalqına məxsus olduğu kimi, Venesuela xalqına məxsusdur və istənilən ölkənin təbii sərvətləri həmin ölkənin xalqınındır".

Qeyd edək ki, ABŞ hökuməti Venesuela xam neftinin qlobal bazarda satışına başlandığını elan edib. Təxminən 30-50 milyon barelin satılması gözlənilir.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
reyting.az

1Mənbələr