Salyan, 8 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya oıunub.
Salyan Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
22:56
Salyan rayonu ərazisində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhər ərazisində qeydə alınıb. Mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar Qasımov Səid, Əliyev Əmrah, Qafarov Novruz, Hüseynov Röyal, Abbasova Zeynəb, Səmədova Ruhiyyə, Ağayeva Sehranə, İsmayılova Gülcənnət, Babayev Ağababa Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.