AZ

İsrail Livanda əməliyyat keçirmək üçün ABŞ-ın razılığını alıb



İsrail Livanda yeni hərbi əməliyyat həyata keçirmək üçün ABŞ-ın dəstəyini alıb.

Newscenter.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası Kan məlumat yayıb.

Mənbənin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu İsrail hökumətinin üzvlərinə ABŞ prezidenti Donald Trampdan belə bir əməliyyat keçirmək üçün icazə aldığını bildirib. Əməliyyatın məqsədi şiə təşkilatı Hizbullahın hərbi hissələrini tərksilah etməkdir.

İsrailin yüksək vəzifəli təhlükəsizlik rəsmisi Kana bildirib ki, Təl-Əviv ABŞ-a Hizbullahın tərksilah edilməsi üçün Vaşinqtonun hərəkətə keçməyəcəyi təqdirdə İsrailin bunu təkbaşına etmək niyyətində olduğu bildirib.


Anar
Seçilən
55
1
newscenter.az

2Mənbələr