ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Füzuli və Cəbrayıl rayonları ərazisində yanğınlar qeydə alınıb.
Axar.az xəbər verir ki, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində kolluq sahədə başlayıb.
Yanğın daha sonra genişlənərək Füzuli rayonunun Mirzənağılılar və Qazaxlar kəndi ərazilərinə də yayılıb.
Məlumata görə, yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə keçib.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki, Cəbrayıl rayonunun Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən briqadası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.