ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Filippində Mayon vulkanının aktivləşməsi üzündən 3 minə yaxın insan təxliyə edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Albay əyalətin qubernatoru Noel Rosal yerli televiziyaya müsahibəsində bildirib.
Qubernatorun sözlərinə görə, hazırda vəziyyət normal olsa da, mümkün təhlükə səbəbindən 6 km radiusda yaşayan insanlar təhlükəsiz ərazilərə köçürülüb. Ümumilikdə 4 rayon və 2 şəhərdən 2889 nəfərdən ibarət 729 ailə çıxarılıb.
Filippinin Mülki Aviasiya İdarəsi vulkanın üzərində 3,35 km hündürlükdə bütün uçuşları qadağan edib.
Qeyd edək ki, Mayon vulkanı sonuncu dəfə 2023-cü ilin iyununda püskürüb. Həmin vaxt 20 min civarında insan təxliyə olunmuşdu.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.