AZ

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Suriya Demokratik Qüvvələri”nin Hələbdəki hücumları nəticəsində ölən mülki şəxslərin sayı 5-ə, yaralıların sayı isə 31-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” məlumat yayıb.

Bildirilib ki, silahlı toqquşmalardan dolayı Hələb məhəllələrindən 3 mindən çox sakin təxliyə edilib.

Qeyd edək ki, yanvarın 6-da SDQ terrorçuları ilə hökumət qüvvələri arasında qarşıdurmalar başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
axar.az

1Mənbələr