ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Qrenlandiya məsələsində beynəlxalq hüquq prinsiplərinə riayət etmək vacibdir.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Nikosiyada Kiprin AB-yə sədrliyinin açılış mərasimində bildirib.
"Avropa Birliyi münaqişədən doğub. Bizim blok ideal deyil, amma o, əməkdaşlığın qarşıdurmadan güclü, qanunun isə gücdən üstün olduğunu vəd edir. Bu prinsiplər yalnız Avropa Birliyinə deyil, eyni dərəcədə Qrenlandiyaya da aiddir", – Leyen vurğulayıb.
O, Qrenlandiyanın muxtariyyətə malik olsa da, Danimarkanın və Avropa İttifaqının bir hissəsi olduğunu xatırladaraq ABŞ-ın hazırkı administrasiyasının ada ilə bağlı niyyətlərinin hüquqa zidd olduğunu qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.