AZ

“Atletiko” dünya çempionunu transfer etməyinə peşman oldu

“Atletiko” 2025-ci ilin yayında heyətinə qatdığı yarımmüdafiə Tyaqo Almada ilə yolları cəmi yarım ildən sonra ayıra bilər.

Publika.az xəbər verir ki, Almada “hindulara”a 2025-ci ilin yayında Yulian Alvaresi dəstəkləməyə və komandaya keyfiyyət qatması üçün transfer edilmişdi. Lakin bu müddətd ərzində o, meydanda cəmi 571 dəqiqə keçirib. Bu da artıq altı tam oyundan bir qədər çoxdur.

Argentinalı futbolçu Dieqo Simeonenin planlarında əsas fiqura çevrilə bilməyib. Nəticədə “Atletiko” 2022-ci il dünya çempionunu transferə çıxarıb. “Cadena SER”-in məlumatına görə, klub rəhbərliyi Almada üçün təklifləri gözləyir.

Seçilən
46
2
publika.az

3Mənbələr