AZ

Ürək damar xəstəliklərindən yayınmaq üçün yeddi qızıl qayda

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ürək-damar xəstəlikləri son zamanlar insanlar arasında sürətlə yayılmaqdadır. Riskdən qaçmaq və ya xəstəliyin inkişafının qarşısını almaq üçün nə etməliyik?

Oxu.Az xəbər verir ki, tibb elmləri namizədi, kardioloq İqnar Rudenko kp.ru saytına müsahibəsində bu barədə danışıb.

Həkim ürək-damar xəstəliklərindən qorunmaq üçün 7 qızıl qaydanı təqdim edib:

1. Düzgün qidalanma - əsasən bitki tərkibli qida rasionu, həftədə 3-5 dəfə balıq yemək, duz və şirniyyatdan uzaq durmaq.

2. Fiziki aktivlik - həftədə 5-7 dəfə, 30-60 dəqiqə idmanla məşğul olmaq və ya çox gəzmək.

3. Siqaret çəkməmək - hər növ siqaretdən imtina etmək.

4. Arterial təzyiqi nəzarətdə, qan təzyiqini normada saxlamaq.

5. Xolesterol səviyyəsini nəzarətdə saxlamaq, xolesterinin miqdarını izləmək.

6. Qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq, şəkərli diabet riskinə qarşı tədbir görmək.

7. Bədən kütləsini və belin incəliyini izləmək, normal bədən kütləsi indeksini qorumaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
1
oxu.az

2Mənbələr