“Sabah”ın “Rubin”ə ödədiyi məbləğ məlum olub.
Masazır klubu Umarali Rahmonaliyevin transfer hüquqlarını almaq üçün Kazan təmsilçisinə 400 min avro ödəyib.
Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Klublar rəsmi açıqlama verməsə də, həmkarlarımız transferin dəyərin öyrənə bilib.
Xatırladaq ki, özbək futbolçu 2025-ci ilin yanvarından “Sabah”ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.
“Sabah” Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiya klubu ilə bağladığı müqavilədə nəzərdə tutulan transfer bəndini aktivləşdirib.
22 yaşlı yarımmüdafiəçi ilə yeni, 3 illik müqavilə imzalanb.