Vaşinqton, 8 yanvar, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirləri ilə danışıb. AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər ABŞ-ın Karib dənizindəki narkotik əleyhinə əməliyyatlarını, Nikolas Maduronun həbsini və Venesuelada hakimiyyətin düzgün və məntiqli şəkildə ötürülməsinin vacibliyini müzakirə ediblər. Ölkələr Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün davam edən danışıqları dəstəklədiklərini bir daha təsdiqləyiblər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton