Londonun “Tottenhem Hotspur” klubu “Vulverhempton”dan 25 yaşlı norveçli hücumçu Yorgen Strann Larsenlə maraqlandığını bildirib.
İdman.Biz bildirir ki, “Vulverhempton” yayda oyunçunu satmağı düşünməyə hazırdır, lakin bu, yalnız razılaşdıqları məbləğ müqabilində baş tutacaq.
Bu mövsüm Larsen bütün yarışlarda 21 oyunda iştirak edib və üç qol vurub. Transfermarkt-ın məlumatına görə, hücumçunun dəyəri 40 milyon avrodur.
İngiltərə Premyer Liqasının 20-ci turunda “Vulverhempton” evdə “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib. Komanda mövsümün ilk qələbəsini qazanaraq 252 günlük qələbəsiz seriyasına son qoyub. Klub hazırda 20 oyundan sonra altı xalla Premyer Liqa turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.