Musavat.com xəbər verir ki, bu görüş Vaşinqtonun Arktika ilə bağlı uzunmüddətli və daha sərt strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Brifinq zamanı jurnalistin "ABŞ Qrenlandiyanı almaq niyyətindədirmi?" sualına cavab verən Rubio məsələni gizlətməyib: "Bu, Trampın hər zaman niyyəti olub".
Bu açıqlama ABŞ-ın Qrenlandiyanı təkcə iqtisadi resurslar baxımından deyil, eyni zamanda strateji, hərbi və təhlükəsizlik baxımından əsas hədəf bölgələrdən biri kimi gördüyünü göstərir. Xatırladaq ki, Donald Tramp prezidentliyi dövründə Qrenlandiyanın alınması ideyasını açıq şəkildə gündəmə gətirmiş, bu isə Danimarkada və Avropanın siyasi dairələrində ciddi narazılıq doğurmuşdu.
Analitiklərin fikrincə, Arktikada Rusiya və Çinin artan fəallığı fonunda ABŞ bölgədə mövqelərini möhkəmləndirmək üçün Qrenlandiya kartını yenidən masaya çıxarır. Bu isə yaxın dövrdə Vaşinqton-Kopenhagen xəttində siyasi gərginliyin artacağını istisna etmir.