AZ

Orqanizmin susuzlaşmasının ilkin əlamətləri: Təhlükəni necə bilmək olar?

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Orqanizmin susuzlaşması təhlükəli vəziyyətdir və asanlıqla gözardı edilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "MK.ru" nəşrinin dərc etdiyi yazıda məlumat verilir.

Məlumata görə, orqanizmin susuzlaşmasının ilkin əlamətləri tez-tez yorğunluq və ya yüngül halsızlıq kimi hallar altında gizlənir.

Görməməzlikdən gəlməməli olduğumuz əsas siqnallar isə bunlardır:

- Susuzluq və ağızda quruluq. Bu, ən aşkar, lakin gecikmiş əlamətdir. Əgər siz maye içmək istəyirsinizsə, deməli, orqanizm artıq 1-2% maye itirib.

- Sidikdə dəyişikliklər. Bu zaman sidik qatılaşır, tünd sarı və ya kəhrəba rəngini alır, həcmi isə nəzərəçarpacaq dərəcədə azalır.

- Yorğunluq və başağrısı. Maye çatışmazlığı qan təzyiqini aşağı salır və beynin oksigenlə təminatını çətinləşdirir, süstlük, küt başağrısı və başgicəllənməsi kimi hallara səbəb olur.

- Dərinin və selikli qişanın quruluğu. Dəri elastikliyini itirir. Əlin arxa hissəsində dərini sıxsanız, o yavaş-yavaş ilkin vəziyyətinə qayıdacaq.

- Diqqətin (konsentrasiyanın) azalması. Beyin maye çatışmazlığına ilk reaksiya verənlərdən biridir və diqqətsizlik, qıcıqlanma kimi hallarla özünü büruzə verir.

Bu simptomlar ortaya çıxarsa, dərhal kiçik qurtumlarla təmiz su içməyə başlayın. Qəhvə, şirin qazlı içkilər və alkoqoldan çəkinin, çünki onlar susuzlaşmanı daha da gücləndirir.

Susuzlaşmanın qarşısını almaq üçün yanınızda su gəzdirin və su içmək istəyinin yaranmasını gözləmədən mütəmadi olaraq için. Xüsusilə isti havalarda, fiziki yüklənmələr və xəstəlik zamanı daha diqqətli olmaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
oxu.az

1Mənbələr