AZ

Tramp: Venesuela neft gəlirləri ilə yalnız ABŞ məhsullarını alacaq

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Venesuela yalnız ABŞ-nin Karakasla bağladığı müqavilə çərçivəsində satdığı neftdən əldə etdiyi gəlirlə Amerika məhsullarını alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp  özünün "Truth" sosial şəbəkəsində bildirib. O qeyd edib :

"Mənə yeni məlumat verildi ki, Venesuela yeni neft müqaviləmizdən əldə edilən pulla yalnız ABŞ-də istehsal olunan məhsulları alacaq. Bu məhsullara Amerika kənd təsərrüfatı məhsulları, Amerika dərmanları, tibbi avadanlıqlar, elektrik şəbəkəsi və enerji infrastrukturunu təkmilləşdirmək üçün materiallar daxil olacaq".

D.Tramp müvəqqəti Venesuela rəsmilərinin ABŞ-a 30 ilə 50 milyon barelə qədər neft təhvil verəcəyinə zəmanət verərək, əlavə edib: "Bu neft bazar qiymətləri ilə satılacaq və pul mənim tərəfimdən idarə olunacaq".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
bakivaxti.az

1Mənbələr