AZ

Rusiyanın hava hücumu: Ukrayna qaranlığa bürünüb FOTO

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukraynanın şərq-mərkəzi hissəsində yerləşən Dnepropetrovsk və Zaporojye bölgələri Rusiyanın zərbələri səbəbindən elektrik enerjisiz qalıb.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Rusiya bir neçə bölgənin enerji infrastrukturuna qarşı kütləvi dron hücumu həyata keçirib. Nəticədə, Dnepropetrovsk və Zaporojye bölgələrində, o cümlədən regional mərkəzlərdə istehlakçıların əksəriyyəti elektrik enerjisindən məhrum olub .

Dnepropetrovsk qubernatoru Vladislav Hayvanenko "Telegram"da "vəziyyətin çətin olduğunu  bildirib:

"Düşmənin hücumundan sonra bölgənin əksər hissəsini elektrik enerjisi ilə təmin edən vacib infrastruktur zədələnib».

Zaporojye qubernatoru İvan Fedorov saat 23:10 radələrində "Telegram"da əsas obyektlərdə elektrik enerjisinin bərpası istiqamətində ciddi işlərin aparıldığını bildirib:

"Əsasən vacib infrastrukturda elektrik enerjisinin bərpası üçün işlər davam edir. Bütün istehlakçılara elektrik enerjisinin mümkün qədər tez bərpa edilməsi üçün yorulmadan çalışırıq".

2022-ci ildə Ukraynaya işğalının başlanğıcından bəri Rusiya Ukraynanın elektrik infrastrukturunu dronlar və raketlərlə amansızcasına bombalayıb. Lakin son aylarda temperaturun mənfiyə düşməsi ilə hücumlar daha da güclənib.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
bakivaxti.az

1Mənbələr