AZ

Dünyanın ən uzun səyahəti: Düz 21 gün davam edir

Səyahət həvəskarları üçün maraqlı bir marşrut müəyyən edilib. Portuqaliyadan başlayan və Sinqapurda başa çatan bu dəmir yolu səfəri "dünyanın ən uzun qatar səyahəti" hesab olunur. Cəmi 21 gün davam edən bu marşrut boyunca sərnişinlər bir çox ölkə və mədəniyyətlə tanış olmaq imkanı qazanırlar.

Milli.Az xəbər verir ki, səyahət Portuqaliyanın Laqos şəhərindən başlayır və Sinqapurda yekunlaşır.

Bu nəhəng səfər boyu qatar təxminən 18 min 755 kilometr yol qət edir.

Sərnişinlər Portuqaliyadan başlayaraq İspaniya, Fransa, Almaniya, Polşa, Belarus, Rusiya, Monqolustan, Çin, Laos, Tailand və Malayziyadan keçərək Sinqapura çatırlar.

Bu tək bir qatarla edilən səfər deyil; sərnişinlər müxtəlif ölkələrdə qatarları dəyişməli və bəzi şəhərlərdə vizaların rəsmiləşdirilməsi üçün qısa müddətli dayanmalı olurlar.

Bütün biletlərin, viza rüsumlarının və yolüstü qısa dayanacaqlardakı ehtiyacların ümumi dəyəri təxminən 1200 - 1500 avro arasında dəyişir (bu qiymətə otel xərcləri daxil deyil).

Səyahətin ən çətin hissəsi müxtəlif ölkələrin viza rejimləri və bəzi sərhədlərdəki dəmir yolu xətlərinin texniki fərqliliyidir. Buna baxmayaraq, macəra sevənlər üçün bu marşrut "ömürdə bir dəfə yaşanacaq təcrübə" kimi xarakterizə olunur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
32
50
milli.az

10Mənbələr