AZ

NASA-nın keçmiş alimi fizika qanunlarına zidd gedən mühərrik yaratdığını iddia edib

Alim komandasının yanacaq istifadə etmədən dartma gücü yarada bilən mühərrik üçün konsepsiya yaratmağa müvəffəq olduğunu bildirdi.

QHT.az xəbər verir ki, Exodus Propulsion Technologies şirkətinin həmtəsisçisi, keçmiş NASA alimi Çarlz Buler elektrostatik asimmetriyaya əsaslanan və yanacaq sərf etmədən dartma gücü yaradan yeni mexanizm kəşf etdiklərini iddia edib. Onun sözlərinə görə, 2023-cü ildə aparılan sınaqlar zamanı elektrostatik sahələrdən istifadə etməklə ölçülə bilən itələmə effekti müşahidə olunub.

Alim bildirib ki, bu mexanizm heç bir maddə buraxmadan obyektin kütlə mərkəzini dəyişərək hərəkət yaratmağa imkan verir. Mütəxəssislər qeyd edirlər ki, prinsip təsdiqlənərsə, bu, müasir fizika və kosmik uçuşlar üçün ciddi irəliləyiş ola bilər. Bununla belə, mexanizmin etibarlılığı müstəqil elmi yoxlamalar və təkrar sınaqlarla hələ təsdiqlənməlidir.

 

R.İmanov

Seçilən
29
qht.az

1Mənbələr