"Tottenhem"in baş məşqçisi Tomas Frank istefaya göndərilə bilər.
Fanat.Az xəbər verir ki, komandanın ötən gün "Bornmut"a uduzması (2:3) rəhbərliyin səbr kasasını daşırıb.
Londonlular Premyer Liqanın turnir cədvəlində 14-cü yerə düşüblər.
"İndykaila News" məlumat yayıb ki, "Tottenhem"in idarə heyəti bu gün, cümə axşamı böhranı və Frankın gələcəyini müzakirə etmək üçün təcili iclas keçirəcək.
Tomas Frank mövsümdən əvvəl Ange Postekoğlunun yerinə baş məşqçi təyin olunub.