Bakı. Trend:
Hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidəolunan qatı duman avtomobil yollarında görünüş məsafəsiniəhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrininhərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başverməriskini artırır. Görünüş məsafəsinin azalması sürücülərin yolşəraitini düzgün qiymətləndirməsinə mane olur ki, bu da bir anlıqdiqqətsizlik nəticəsində ağır və arzuolunmaz hadisələrə səbəb olabilər.
Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı havailə əlaqədar xəbərdarlığında qeyd olunub.
BBildirilib ki, dumanlı hava şəraitində sürət həddininazaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz araməsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatınauyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəli manevrlərdənçəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilənyerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyətkəsb edir.
"Piyadalara isə xatırladılır ki, yolu yalnız görünən və icazəverilən yerlərdən keçməli, yolu keçməzdən əvvəl nəqliyyatvasitələrinin olmadığından və ya sürücülərin onlara yol vermək üçüntam dayandığından əmin olmalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, qatı dumanşəraitində yol hərəkəti qaydalarına ciddi əməl olunması hər bir yolhərəkəti iştirakçısının təhlükəsizliyinin təmin edilməsi baxımındanxüsusi əhəmiyyət daşıyır.
Unutmayaq ki, yollarda diqqətli, ehtiyatlı və məsuliyyətlidavranış yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının əsasşərtidir", - xəbərdarlıqda qeyd olunub.