Yanvar ayı ərzində Azərbaycan Beynəlxalq Bankı 18-29 yaş arası müştərilər üçün metro nəqliyyatı üzrə ödənişlərə keşbek tətbiq edir.
“Bakuinfo” xəbər verir ki, bankın təqdim etdiyi “Gənc+” faydalı keşbek paketi çərçivəsində metroda ABB kartları ilə edilən ödənişlərin 50%-i geri qaytarılır.
Keşbek həm "Apple Pay" və "Google Pay" üzərindən, həm də fiziki ödəniş terminalları vasitəsilə həyata keçirilən əməliyyatlara şamil olunur.
Qaydalara əsasən, bu kampaniya yalnız metro kateqoriyası üzrə keçərlidir və bir iştirakçı üçün maksimal keşbek məbləği 10 manatdır.
Hazırda Bakıda metro gedişhaqqı 60 qəpik təşkil etdiyindən, hər ödəniş zamanı istifadəçiyə 30 qəpik geri qaytarılır. Beləliklə, aylıq limitə çatmaq üçün təxminən 33-34 gediş kifayətdir. (Valyuta.az)