AZ

Braziliyalı futbolçu Premyer Liqada 7 mövsüm əvvəlki rekordu təkrarladı

BAKI, 8 yanvar. TELEQRAF

“Brentford”un futbolçusu İqor Tyaqo Premyer Liqada bir mövsüm ərzində braziliyalı futbolçular arasında vurulan qolların sayı üzrə rekordu təkrarlayıb.

Teleqraf xəbər verir ki, 24 yaşlı forvard buna XXI tur çərçivəsində “Sanderlend”ə 3:0 hesabı ilə qalib gəldikləri matçın 30-cu dəqiqəsində fərqlənərək nail olub.

O, bununla da cari mövsümündə 15-ci qolunu vurub. Premyer Liqada braziliyalı futbolçulardan heç biri bir mövsümdə bundan çox qol vurmayıb.

Qeyd edək ki, daha əvvəl bu göstəriciyə Roberto Firmino (2017/18 mövsümü), Qabriel Martinelli (2022/23) və Mateus Kunýa (2024/25) nail olmuşdu.

Seçilən
68
teleqraf.com

1Mənbələr