Amerika Birləşmiş Ştatları ( ABŞ ) yeni dünya müharibəsinə hazırlaşır və bunu prezident Donald Trampın hərbi büdcəni 2027-ci ilə qədər 1,5 trilyon dollara çatdırmaq qərarı sübut edir.
Publika.az xəbər verir ki, bu barədə mühafizəkar ABŞ jurnalisti Taker Karlson bildirib.
"Bu cür büdcə qlobal və ya regional müharibəyə hazırlaşan bir ölkə üçün tipikdir... Aydındır ki, biz bu istiqamətdə, dünya müharibəsinə doğru irəliləyirik", - deyə Karlson bildirib.
Jurnalist müdafiə büdcəsinin artırılması üçün başqa heç bir səbəbin olmadığına əmindir. Bundan əlavə, o, bütün əlamətlərin çox tezliklə böyük bir müharibənin başlayacağına işarə etdiyinə inanır.