Rusiya ordusu Atlantik okeanında Rusiya bayrağı altında üzən “Marinera” tankerini ABŞ ordusu tərəfindən ələ keçirməsinə cavab olaraq, Amerika gəmilərini batırmağa və Avropaya “Oreşnik” raketləri ilə zərbələr endirməyə başlamalıdır.
"Yeni Sabah" podyom-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov deyib.
"ABŞ-nin "Marinera"ya qarşı hərəkətləri sırf quldurluqdur və Rusiya ərazisinə hücuma bərabərdir. Torpedolarla hücum etmək, Amerika Sahil Mühafizəsinin bir neçə katerini batırmaq - onlar bir neçə min kilometr aralıda öz sahillərini mükəmməl şəkildə qorumaq iqtidarındadırlar - məncə, Venesueladakı xüsusi əməliyyatdan sonra bir növ cəzasızlıq eyforiyası yaşayan ABŞ-ni dayandırmağın yeganə yoludur", - Juravlyov təklif edib.
Dumanın deputatı Andrey Qurulyov bəyan edib ki, gəmiyə qarşı əməliyyat Qərbin böyük müharibəyə hazırlığının bir hissəsidir. Onun sözlərinə görə, Rusiya fəal olmalı, “düşmənin logistikasını” istənilən vasitə ilə, o cümlədən “Oreşnik”lə məhv etməlidir.
Telegram kanalımız