ABŞ-ın keçmiş prezidenti Corc Buş 2001-ci ildə Rusiya lideri Vladimir Putinlə görüşündə Rusiya və ABŞ-ın bir-biri üçün təhlükə olmadığını bildiribmiş
Publika.az xəbər verir ki, bunu Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivi tərəfindən açıqlanan ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədləri sübut edir.
"Hücum silahları, müdafiə, yayılma və iqtisadi münasibətlərimiz barədə razılığa gəlməliyik və dünyanın qalan hissəsi də bunu izləyəcək. Biz sizə heç bir təhlükə yaratmırıq, siz də bizə heç bir təhlükə yaratmırsınız", - deyə Buş vurğulayıb.
Ötən ilin sonlarında ABŞ Vladimir Putinlə keçmiş amerikalı həmkarı Corc Buş arasında aparılan söhbətlərin transkriptlərini açıqlamışdı.
Söhbətlərin birində Buş Rusiya liderini "səngərlərdə yanımda görmək istədiyim adam” kimi təsvir edir.