AZ

Venesuela: ABŞ hücumunda həyatını itirənlərin sayı 100-ə çatdı

Venesuela Daxili İşlər Naziri Diosdado Kabello bildirib ki, ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində həyatını itirənlərin sayı rəsmi olaraq 100-ə yüksəlib.

Editor.az xəbər verir ki, Kabello ölkə dövlət televiziyasına açıqlamasında ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hücum zamanı çox sayda insanın həlak olduğunu və yaralananlar arasında evlərində olan qadınların da olduğunu qeyd edib.

Kabelli çıxışında deyib: “Bizim ölkəyə edilən hücum dəhşətlidir, bu bir faktdır və bunu heç kəs gizlədə bilməz. Hazırda 100 ölü və eyni sayda yaralı var. Venesuela xalqı şanlı və cəsur bir xalqdır”.

ABŞ-ın güclü bombalarından istifadə etdiyi üçün döyüşlə əlaqəsi olmayan dinc sakinlərin də həlak olduğunu vurğulayan Kabello qeyd edib ki, hücum zamanı prezident Nikolas Maduro’nun həyat yoldaşı Cisilia Flores başından, Maduro isə ayağından xəsarət alıb.

Qeyd edək ki, daha əvvəl ABŞ tərəfindən keçirilən bu hərbi əməliyyat nəticəsində Venesuelanın dövlət başçısı Nikolası Maduro və onun həyat yoldaşı ABŞ qüvvələri tərəfindən tutulub və ölkədən çıxarılıb. Əməliyyatın genişmiqyaslı olduğu, bir sıra bazalara və obyektlərə zərbələr endirildiyi bildirilir.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
71
editor.az

1Mənbələr