AZ

Pentaqonun büdcəsi trilyon yarım olacaq

Birləşmiş Ştatlar 2027-ci il üçün hərbi büdcəsində xeyli artım edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial media platformasında məlumat yayıb.

Qərarın ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və müasir silahlı qüvvələrin yaradılması məqsədi daşıdığı bildirilir.

ABŞ prezidenti 2027-ci il hərbi büdcəsini 1 trilyon dollardan 1,5 trilyon dollara çatdırmaq qərarını açıqlayıb.

Bəyanatda deyilir: “Senatorlar, konqresmenlər, katiblər və digər siyasi liderlərlə uzun və çətin danışıqlardan sonra qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox təlatümlü və təhlükəli dövrlərdə 2027-ci il üçün hərbi büdcəmiz 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır”.

Prezidentin sözlərinə görə, əlavə vəsait bizə “Arzu ordusu” adlanan ordunu qurmağa və ABŞ-ın istənilən təhlükədən müdafiəsini təmin etməyə imkan verəcək.

Tramp vurğulayıb ki, xərclərin artırılması milli təhlükəsizliyi gücləndirmək və Amerikanın qlobal liderliyini qoruyub saxlamaq məqsədi daşıyır: “Bu, Amerikaya “arzu etdiyi ordu”nu qurmağa, “düşməndən asılı olmayaraq” ABŞ-ın təhlükəsizliyini və müdafiəsini təmin etməyə imkan verəcək”.

ABŞ prezidenti qeyd edib ki, büdcə artımı digər ölkələrə tətbiq edilən tariflər və onların əldə etdiyi yüksək gəlirlər hesabına mümkün olub ki, bu da daxili proqramlara zərər vermədən müdafiəyə əhəmiyyətli vəsait ayırmağa imkan verir.


Telegram kanalımız
Seçilən
58
yenisabah.az

1Mənbələr