Bakı. Trend:
Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7000-dənartıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunlarıntəqribən 40 faizi, yəni 3 000 ədədi günəş enerjisi ilə işləyənhibrid sistemlərdir. Bərpa və yenidənqurma işlərinin mərhələlişəkildə davam etdirilməsi fonunda bu göstəricilərin növbəti illərdədaha da artacağı gözlənilir.
Bunu Trend-əaçıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsininmüdiri Cəbrayıl Əliyev deyib.
O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidentininmüvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər “Yaşıl EnerjiZonası” elan edilmişdir: “Bu məqsədlə 3 may 2021-ci il tarixindəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindəYaşıl Enerji Zonası yaradılması ilə bağlı tədbirlər haqqında”Sərəncam imzalanmışdır.
Sözügedən Sərəncamdan irəli gələrək, işğaldan azad olunmuşərazilərdə yaşıl enerji zonasının formalaşdırılması məqsədiləbeynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə konseptualyanaşma hazırlanmışdır. Bu konsepsiyanın əsas məqsədi enerjisəmərəli texnologiyaların tətbiqi, bərpa olunan enerjimənbələrindən geniş istifadə olunması, karbon emissiyalarınınazaldılması, eləcə də ağıllı şəhər, kənd və qəsəbə modellərininformalaşdırılmasıdır”.
C. Əliyev vurğulayıb ki, bu çərçivədə LED əsaslı işıqlandırmatexnologiyaları müasir şəhərsalma və yaşayış məntəqələrinininfrastrukturunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir: “LEDtexnologiyaları ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə dahaaz enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmətxərcləri ilə seçilir ki, bu da yaşıl enerji zonalarının dayanıqlıinkişafını təmin edən əsas amillərdən biridir.
Beynəlxalq təcrübəyə əsasən, kənd yaşayış məntəqələrində küçəişıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2–5faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəşenerjisi əsaslı işıqlandırma sistemlərinə keçid nəticəsində bugöstərici 1–2 faizə qədər azalmışdır”.
Şöbə müdiri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılanbərpa və yenidənqurma işləri çərçivəsində LED əsaslı və günəşenerjisi ilə çalışan hibrid işıqlandırma sistemlərinin tətbiqigeniş vüsət alıb.
“Ağdam, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Laçın və digər şəhər vərayonlarda yeni salınan küçə və avtomobil yollarınınişıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə olunur.Bir sıra yaşayış məntəqələrində monokristal günəş panelləri ilətəchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləriquraşdırılmışdır ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindənasılılığın minimuma endirilməsinə imkan yaradır”,- deyə C. Əliyevfikrini yekunlaşdırıb.