AZ

ABŞ İran xalqına mesaj verdi - Azadlıq istəyinizi dəstəkləyirik

ABŞ Dövlət Departamenti Tehranda bir küçəyə Prezident Donald Trampın adını verən İran vətəndaşına açıq dəstək nümayiş etdirib.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti farsdilli “X” hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub: “Tehranda bir küçəyə Prezident Trampın adını verən anonim şəxsin hərəkətini təqdir edirik”.

ABŞ Dövlət Departamenti bu təşəbbüsü İran xalqının azadlıq, rifah və daha yaxşı gələcək arzularına dəstəyin simvolu kimi dəyərləndirib.

Həmçinin bildirilib ki, ABŞ İran xalqının səsinə və istəklərinə hörmətlə yanaşır və onların daha böyük azadlıq, rifah və imkanlara nail olmaq üçün göstərdiyi səyləri dəstəkləməyə sadiqdir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
45
missiya.az

1Mənbələr