Bakı. Trend:
Prezident İlham Əliyevin hər ilin yanvar ayında yerli televiziyakanallarına geniş müsahibə verməsi artıq siyasi ənənəyə çevrilib.Bu müsahibələri ilk növbədə dövlətimizin başçısının uğur hesabatıadlandıra bilərik. Eyni zamanda, bu müsahibələr zamanı cənabPrezident həm də respublikamızın qarşısında dayanan strateji vəzifəvə məqsədlərin, gələcək perspektivlərin nələrdən ibarət olduğunuictimaiyyətə açıqlayır.
Dövlətimizin başçısının yanvarın 5-də yerli televiziyakanallarına verdiyi geniş müsahibə də bu baxımdan ictimaiyyəttərəfindən maraqla qarşılandı. Öncə onu qeyd edim ki, bu müsahibəcənab İlham Əliyevin dərin erudisiyaya və yüksək siyasidünyagörüşünə malik siyasi lider olduğunu bir daha təsdiq etdi.Suallara cavabları ilə Prezident İlham Əliyev həm də stratejidüşüncənin ən mükəmməl nümunəsini növbəti dəfə nümayiş etdirdi.Ötən müsahibələrdə olduğu kimi, bu dəfə də söylədiyi fikirlərstrateji gündəm yaradaraq, siyasi-ictimai auditoriyaya çoxsaylımövzu verdi. Ona görə, müsahibə yalnız ölkə ictimaiyyəti deyil,xarici media orqanları tərəfindən də maraqla qarşılandı.
Müsahibədə Prezident İlham Əliyevin münasibət bildirdiyi,faktlarla diqqətə çatdırdığı hər bir məsələ 2025-ci ilin Azərbaycanüçün növbəti uğurlu mərhələ olduğunu təsdiq edir. Bu xüsusdarespublikamızla Ermənistan arasındakı sülh prosesinin irəliyə doğruaparılması istiqamətində əldə olunan razılaşmalar, Vaşinqtonda sülhsazişi layihəsinin paraflanması ötən ilin ən mühüm hadisələri,başqa cür desək, Azərbaycanın siyasi uğurlarıdır. Prezident İlhamƏliyevin bildirdiyi kimi Azərbaycan döyüş meydanında əldə etdiyiparlaq Qələbəyə dünyanın bir nömrəli ofisində siyasi möhürvurdu:
“İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakıdövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. YəniAzərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasimüstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisindəsiyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdəyaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasındaolacaq”.
2025-ci il digər vacib məsələlər baxımından da Azərbaycanınxarici siyasəti üçün əlamətdar dövrdür. Bu sırada Azərbaycan-ABŞmünasibətlərində dönüşün yaranması, Prezident İlham ƏliyevinVaşinqtona səfəri zamanı Prezident Donald Tramp tərəfindən 907-cidüzəlişin icrasının dayandırılması, iki ölkə arasında StratejiTərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçiQrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması, ocümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldəolunması xarici siyasətimizin mühüm nailiyyətləridir.
2025-ci il Azərbaycan üçün dünyanın əsas siyasi-iqtisadiqütblərindən olan Çin Xalq Respublikası ilə də əlaqələrin stratejiməzmununun dərinləşməsi ilə xarakterikdir. Prezident İlham ƏliyevinÇinə dövlət səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqındaBirgə Bəyannamənin imzalanması Azərbaycan diplomatiyasının ötən iləldə etdiyi uğurlar sırasına daxil olan siyasi hadisədir. Əlbəttəki, siyasi sferadakı strateji tərəfdaşlıq Azərbaycan-Çinmünasibətlərinin iqtisadi çəkisini də artırır. Bu barədə Prezidentİlham Əliyevin diqqətə çatdırdığı göstəricilər iqtisadimünasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Belə ki,iki dövlət arasında əmtəə dövriyyəsi ötən il 20 faiz artaraq 4milyard dolları keçib. Çin şirkətləri Azərbaycana əvvəlki illərdənfərqli olaraq daha fəal şəkildə investisiya qoymağa başlayıblar.Bu, xüsusən Azərbaycan üçün yeni strateji inkişaf istiqaməti olanbərpaolunan enerji sferasında özünü yaxından göstərir. Çinşirkətləri respublikamızda elektrik, Günəş, külək stansiyalarının,Günəş panellərinin istehsalı üzrə zavodun tikintisində, elektrikavtobuslarının yığılmasında iştirak edirlər.
Azərbaycanla Çin hərbi sferada da əməkdaşlıq edirlər. Ötən ilinnoyabrın 8-də Bakıda keçirilən hərbi paradda Çin hərbitexnikalarının nümayişi də bunu göstərir. Amma bu, yalnızbaşlanğıcdır və Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanyalnız hərbi texnikanın əldə olunması ilə kifayətlənməyəcək. Beləki, hazırda iki dövlət arasında qeyd edilən sferada müştərəkmüəssisələrin yaradılması ilə də bağlı işlər aparılır.
Cənab Prezidentin müsahibədə toxunduğu məsələlərdən biri Çindövlətinin Xəzər dənizinə doğru çəkilən dəmir yolunun tikintisinimaliyyələşdirməsi barədə oldu. Bu, o deməkdir ki, yaxın gələcəkdəÇindən Azərbaycana yükdaşımaların həcmi daha da artacaq. Çindənəlavə yükdaşımalar dövlətimizin başçısının qeyd etdiyi kimi, OrtaDəhlizi tam işlək vəziyyətə gətirəcək. Bu isə Zəngəzur dəhlizininuğurlu perspektivlərindən xəbər verir. Bu marşrut mühüm nəqliyyatarteriyası kimi Orta Dəhlizin qlobal rəqabətdəki yerini daha damöhkəmləndirəcək.
Lakin cənab Prezident İlham Əliyevin Zəngəzur dəhlizininperspektivləri ilə bağlı proqnozları yalnız Orta Dəhlizləyekunlaşmır. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin gələcəyinədaha strateji yanaşır və istifadəyə verildikdən sonra onunvasitəsilə yüklərin yalnız Qərb deyil, həm də cənub və şimalaistiqamətləndirilməsi həyata keçiriləcək.
Zəngəzur dəhlizi ilə yanaşı, Azərbaycanın iştirakı ilə İranüzərindən Naxçıvana doğru Araz dəhlizi layihəsi də icra olunur. Bulayihənin də təşəbbüskarı Azərbaycandır. Beləliklə, Azərbaycanınəsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq və cənabPrezidentin dediyi kimi, biz faktiki olaraq Naxçıvanı, ŞərqiZəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik.
Respublikamız 2025-ci ili iqtisadi və sosial sferalarda damüsbət notlarla başa vurdu. Bununla bağlı cənab İlham Əliyevindiqqətə çatdırdığı statistik göstəricilər qarşıya qoyulanvəzifələrin tam şəkildə icra edilməsindən xəbər verir. Ötən ilin 11ayında qeyri-neft və qeyri-qaz sektorunda 3,2 faiz artımın qeydəalınması, Azərbaycanın xarici borcunun hazırda ən aşağı səviyyədəolması, yəni, ÜDM-in 6,3-6,4 faizini təşkil etməsi, stratejivalyuta ehtiyatlarımızın 84 milyard ABŞ dollarına çatması olduqcaötən ilin uğurlu iqtisadi göstəricilərdir.
Azərbaycanın əsas milli prioritetlərindən olan Qarabağ və ŞərqiZəngəzurun bərpası da ötən il də sürətlə davam etdirilib, dövlətbüdcəsindən bu istiqamətdə lazımi vəsait ayrılıb. Artıq işğaldanazad edilmiş ərazilərimizdə 32 kənd və şəhərə məcburi köçkünlərinqayıdışı təmin olunub. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə70 min nəfər vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Bu daondan xəbər verir ki, Böyük Qayıdış proqramı uğurla icraolunur.
Bütövlükdə, ötən ilin yekunları, respublikamızın daxili vəxarici siyasəti, sosial siyasət sferasında həyata keçiriləntədbirlər və digər mövzuları əhatə edən geniş müsahibədə bütünməsələləri ən xırda detallarına kimi şərh etməsi Prezident İlhamƏliyevin dərin məlumatlılığını və yüksək siyasi peşəkarlığınıgöstərdi. Eyni zamanda, söylədiyi hər bir fikir dövlətimizinbaşçısının Azərbaycanın bu günü və gələcəyi ilə bağlı aydınbaxışlara və dərin strateji yanaşmaya malik olmasından xəbər verdi.Cənab Prezident jurnalistlərin suallarını cavablandırdıqca, hər birməsələ üzrə təhlillər apardıqca, respublikamızın inkişafının vəuğurlarımızın təqdimatını etdi. Beləliklə, müsahibənin fonunda birdaha göründü ki, Azərbaycan davamlı inkişaf yolunda olan, özmaraqlarını qətiyyətlə təmin edən və qlobal miqyasda söz sahibikimi fərqlənən dövlətdir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı