AZ

AGSAQQAL DUASI! - Hər halda ağsaqqal duası ayrı şeydir.

[center]AGSAQQAL[/center]2022-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru vəzifəsini tutan Aygün Əliyeva yeni tərkibdə Müşahidə Şurasının ilk iclasında yeni qaydaya müvafiq olaraq İdarə Heyətinin sədri təyin edilib.Bu təyinat münasibətilə ona təbriklər yazanlar arasında elə media nümayəndələri var ki, deyəsən elə tərif xatirinə tərif yazırlar. Nəyə görə yazdıqlarını yaxşı bilirəm.Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Bunların da dərdi QHT Agentliyindən QHT-lərinə pul qopartmaqdır.Pul məsələsinə görə Aygün Əliyevanı tərifləməyə dəyər. Çünki pul saymaqda, verib-almaqda çox ustadır. Bunu mən demirəm, özü yayılmış səs yazısında bildirir.Onun bu fərasəti hələ Binəqədidə işləyəndə məlum olub. Eks icra başçısı Xaləddin müəllimin dəstəyi sayəsində tezliklə onun müavini olaraq rayonda maliyyə işlərinə nəzarəti ələ almışdı.Sonradan oradan karyera yüksəlişi başladı. İndi görəsən Aygün xanım himayədarını yada salırmı? Bu xanım adətən ətrafına “gün ağlayır”. Amma məqsədli şəkildə.Fəaliyyətdə olan tanışlarına, rəfiqələrinə üstünlük verir. Rəfiqələrdən biri Səbailin icra başçısının müavini Kəmalə Həşimovadır.Bu xanımın əri Elçin Quliyevin sədri olduğu “Sağlam Həyatın Təbliği” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyindən hər il müxtəlif məbləğlərdə (6-9 min manat) qrant alıb.Kəmalə xanımın qardaşı Arif isə Aygün Əliyevanın sürücüsüdür. İnanmıram ki, çoxdan səs-sorağı gəlməyən Xaləddin İsgəndərova, onun ailə üzvlərinə də bu cür qayğı göstərsin.Onunla birlikdə Binəqədidə halal pul qazanmasa da gərək vaxtında ona təkan vermiş kişini unutmasın. “See Breze”-də, Ağ Şəhərdə, Türkiyədə aldığı evlərin, hazırkı imkanının özülündə Xaləddin müəllimin əməyini danmaq olmaz.Bilmək olmaz, bəlkə də Aygün xanım keçmiş rəhbərinin xəcalətindən çıxır, amma necə cıxır bizə məlum deyil.Onsuz da çox işləri elə məxfi aparır. Hər halda ağsaqqal duası ayrı şeydir.Sima BabayevaTEREF

Seçilən
5
yenisoz.az

1Mənbələr