Bakı.Trend:
"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elanedilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 7yanvar 2026-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar vəProbasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3.846məhkum barəsində tətbiq olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindənməlumat verilib.
Bildirilib ki, onlardan 1.799-u müəyyən müddətə azadlıqdanməhrum etmə, 1.764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayancəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrum etmə, 33nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6ay azaldılıb.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətənmüharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyigünədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azadolunub.
Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükətörətməyən, 2.992-si az ağır, 487-si ağır cinayətlər törətmişşəxslərdir.
Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3625-i kişi, 210-uqadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir.
Amnistiya aktının icrası davam etdirilir.