Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Rövlan Muradovu heyətinə qatmaq istəyir. “Sarı-göylər” “Zirə”nin futbolçusunu komandaya gətirmək niyyətindədir.
“Kəpəz” yarımmüdafiəçini mövsümün sonuna qədər icarə götürməyi düşünür. Hələlik tərəflər arasında danışıqlar gedir.
R.Muradov cari mövsüm “Zirə”də çox az forma şansı qazanıb. O, komandanın heyətində bütün turnirlərdə 4 oyun keçirib və heç nə ilə yadda qalmayıb.