
ABŞ Prezidenti Donald Tramp 2027-ci il üçün Amerika hərbi büdcəsinin 1 trilyon dollardan 1,5 trilyon dollara qaldırılması ilə bağlı qərar verib.
Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” sosial şəbəkə hesabında məlumat yayıb.
"Senatorlar, konqresmenlər, nazirlər və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox qarışıq və təhlükəli dövrlərdə 2027-ci il üçün hərbi büdcəmiz 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır", - deyə Tramp vurğulayıb.
Qeyd olunub ki, qərar ölkənin müdafiə qabiliyyətini gücləndirmək və müasir silahlı qüvvələr yaratmaq məqsədi daşıyır.
Daşqın HəsənovMissiya.Az