"Məsud Pezeşkianı demokratik azadlıqlar istəyən gənclik seçib. Vilayəti fəqih sistemindən yaxa qurtarmaq istəyən, keçmiş günlərin nostaljisi ilə yaşayan insanlar seçib. Məsud Pezeşkianın təkcə Güney Azərbaycanda deyil, İranın digər bölgələrində də nüfuzu var. Yeri gəlmişkən, aksiyalarda prezident əleyhinə bir şüar belə səslənməyib. Çünki Məsud Pezeşkian digər rejim mənsubları kimi baş verən hadisələri Qərbə: İsrailə, ABŞ-a bağlamadı. Əksinə bildirdi ki, narazı xalq haqlıdır, günah hazırkı idarəetmədədir. Maraqlıdır ki, Məsud Pezeşkian hazırda həm də rejim mənsublarının tək nicat yolu kimi görünür. Məsud Pezeşkian qonşu dövlətlərlə: Azərbaycan və Türkiyə ilə rejim qırğılarının korladığı münasibətləri qaydasına qoymağı bacardı. Qərblə münasibətlərdə müəyyən irəliləyişlərə nail olub. Məsud Pezeşkianı Qərbdə konstruktiv danışıqlara hazır, modern düşüncəli bir siyasətçi kimi qəbul edirlər. Baş verən iğtişaşlarda xalqın ona münasibəti də göstərir ki, Məsud Pezeşkian fors-major situasiyada İran cəmiyyətində bütün tərəflərin qəbul etdiyi fiqura çevrilə bilər"-deyə, E.Cəfərli qeyd edib.
Onun sözlərinə görə, İran rejim dəyişikliyinə qanlı inqilabla yox, məxməri çevrilişlə keçid edə bilər. Bu situasiyanın qəhrəmanı isə Məsud Pezeşkian ola bilər: "Proses Gürcüstan senarisi üzrə gedə bilər. Xatırlayırsınızsa, Gürcüstanın qoca, təcrübəli prezidenti Eduard Şevardnadze gənc Mixail Saakaşvilini ədliyyə naziri təyin etmişdi. O da ona verilən "kart-blanş"dan maksimum yararlanaraq korrupsioner məmurlara savaş açmış, xalqın rəğbətini qazanmışdı. 2004-cü ilin payızında baş verən "qızılgül inqilabı"nda Saakaşvili önə çıxdı, korrupsioner rejimi devirdi. Beləcə məxməri çevriliş baş tutdu. Devrilmiş prezident Eduard Şevardnadze Tiflisi tərk etmədi, ölənə qədər Gürcüstanda yaşadı. Oxşar senari İranda reallaşa bilər. Məsud Pezeşkianla məxməri, qansız keçid baş tutsa, Xamneyi və rejim qırğıları da bu prosesdən salamt çıxa bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31