AZ

Dələduzluq etməkdə təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətininÖhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergimüfəttişi Maqsud Nəsirovun qanunsuz əməllərinə dair ayrı-ayrışəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyayaqarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidaiistintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Maqsud Nəsirovun qeyd olunan vəzifədəişləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2024-cü illərərzində şəxslərin müvafiq işlə təmin edilməsi, xarici ölkələrin alitəhsil müəssisələrinə tələbə qəbulu, guya işlədiyi qurum tərəfindənmüsadirə olunmuş əmlakların aşağı qiymətə satılmasının təşkiledilməsi və digər bu kimi məsələlərin “həlli” ilə əlaqədar onamüraciət etmiş ayrı-ayrı şəxslərdən 395 min manatdan artıq pulvəsaitini dələduzluq yolu ilə keçirməsinə və rəsmi sənədlərisaxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Maqsud Nəsirova AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyanvurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma)maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarətialtına vermə növündə qətimkan tədbiri seçilib.

İstintaq dövründə müəyyən edilmiş maddi ziyanın qismənödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyətiüzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Seçilən
88
46
az.trend.az

10Mənbələr