AZ

Soçi hava limanında 30 dan çox uçuş təxirə salınıb

ain.az, Gununsesi saytına istinadən bildirir.

Hava limanının onlayn uçuş məlumat lövhəsinə görə, Soçi Beynəlxalq Hava Limanında 23 reysin gəlişi və 14 reysin yola düşməsi gecikir.

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

Belə ki, Moskvaya beş , Sankt-Peterburq və  Yekaterinburqa iki, Ufa, Nijnekamsk , Çeboksarı, Surqut və Daşkəndə isə bir reys təxirə salınıb.

Rosaviasiya daha əvvəl Soçi hava limanında uçuş təhlükəsizliyi məhdudiyyətlərinin tətbiq olunduğunu elan etmişdi. Bu məhdudiyyətlər 8 yanvar tarixində saat 03:24-dən (Moskva vaxtı ilə) 07:14-ə qədər qüvvədə idi. 

Rosaviasiyanın sözçüsü Artem Korenyako qeyd etdi ki, bu tədbir təyyarələrin təhlükəsizliyini təmin etmək üçün zəruridir.

O da bildirilib ki, məhdudiyyətlərin qüvvədə olduğu müddətdə bir təyyarə alternativ aerodroma yönləndirilib.

Bundan əvvəl Krasnodar diyarındakı iki hava limanında məhdudiyyətlər tətbiq olunmuşdu.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
icma.az

1Mənbələr