AZ

ChatGPT-dən məsləhət istədi, həyatını itirdi

Kaliforniyada yaşayan 19 yaşlı tələbə Sem Nelson "ChatGPT"dən aldığı məsləhətdən sonra həyatını itirib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, buna səbəb gəncin təhlükəli maddə qarışığı ilə bağlı aldığı məsləhətdir.

Anası Layla Turner-Skott tərəfindən paylaşılan 18 aylıq söhbət tarixçəsinə görə, süni intellekt gənci müxtəlif maddələri qarışdırmaqda istiqamətləndirib və bu hərəkətlərin "təhlükəsiz" olduğuna əmin edib.

Nəticədə, bu qarışığın maddə və həblərin mərkəzi sinir sistemini həddindən artıq basdırdığı və asfiksiyaya ( boğulma — kəskin tənəffüs çatışmazlığının ən ağır forması) səbəb olduğu aşkar edilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
47
missiya.az

1Mənbələr