Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində təsisedilən “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə TexnikiKomitənin (AZSTAND/TK 14) növbəti onlayn iclası keçirilib.
Trend bubarədə AZSTAND-a istinadən xəbər verir.
İclasda AZSTAND nümayəndələri ilə yanaşı, İqtisadiyyatNazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, AzərbaycanMebel İstehsalçıları Assosasiyası və digər müəssisələrinnümayəndələri iştirak ediblər.
İclas zamanı AZSTAND/TK 14-ün sədri Sehranə Rzayeva sözügedənTexniki Komitənin yaradılma məqsədi, fəaliyyət istiqamətləri vəfunksiyaları haqqında məlumat verib. Sahibkarlıq subyektlərinintexniki komitənin fəaliyyətinə cəlb olunması barədə fikirmübadiləsi aparılıb.
Bundan əlavə, “Milli standartlaşdırma sisteminin beynəlxalqtələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün DövlətProqramı”nın Tədbirlər Planı əsasında qəbul edilməsi nəzərdətutulan qatlanan mebellərin təhlükəsiziliyi, mebeldə istifadəolunan parça, dəri və digər materiallara dair dövlət standartılayihələrindən bəhs olunub və qəbulu məqsədilə AZSTAND-a təqdimolunması qərara alınıb.
Qeyd edək ki, “Mebel sənayesi məhsulları” (AZSTAND/TK 14)standartlaşdırma üzrə Texniki Komitə mebel sənayesi sahəsi üzrəstandartlaşdırma işinin təşkili və maraqlı tərəflərin iştirakınıtəmin etmək məqsədilə yaradılıb.