Bakı.Trend:
Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 8-cikilometrində Balakən rayon sakini Faiq Orucovun idarə etdiyi“Mercedes” markalı avtomobil yoldan çıxaraq beton səddə dəyib.
Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.
Bildirilib ki, qəza nəticəsində avtomobildə olan sərnişin -sürücünün həyat yoldaşı həyatını itirib.
Hadisənin baş verməsinə səbəb, sutkanın qaranlıq vaxtı yolanabələd sürücünün tikinti işləri aparılan yolda quraşdırılmışmüvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməməsi, sürəthəddini yol və hava şəraitinə uyğun seçməməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi yolda təhlükəsizliyə etinasızyanaşmanın arzuları yarıda qoyduğunu bir daha xatırladır,sürücülərdən qeyd olunan hadisədən düzgün nəticə çıxarmağı,təmir-tikinti işlərinin aparıldığı ərazilərdə hərəkət edərkən dahadiqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürətrejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinintələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlıolmağı xahiş edir.