AZ

Mərcə girib bütöv naringi udmaq istəyi gənc qızı xəstəxanalıq etdi – Qabırğaları SINDI

Moskvada bütöv naringi yeməyə çalışan qız az qala öləcəkdi.

İnterpress.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada qeyri-adi bədbəxt hadisə baş verib.

Məlumata görə, 20 yaşlı qız dostları ilə əylənərkən “Yeni il” çelıncinə qoşularaq naringini bütöv udmağa cəhd edib. Bu zaman meyvə nəfəs borusunu tutub və o, boğulmağa başlayıb.

Hadisə zamanı içkili olan dostları dərhal ona kömək etməyə çalışıblar. Xilasetmə zamanı ehtiyatsızlıqdan qızın qabırğası sınsa da, o, naringini ağzından çıxara bilib.

Təcili xəstəxanaya çatdırılan zərərçəkənə kəskin asfiksiya və qabırğa sınığı diaqnozu qoyulub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr