ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən axşam saatlarında dünyasını dəyişən, “Karvan” musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova ilə vida mərasimi keçirilir.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, vida mərasimi paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində mərhumun evində başlayıb.
Vida mərasimində Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, mərhumun ailə üzvləri, yaxınları iştirak edirlər.
Qeyd edək ki, Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bu yaxınlarda Bakıya qayıdıb. O, dünən axşam saatlarında dünyasını dəyişib.




Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.