ABŞ hərbçilərinin “Marinera” tankerinə daxil olma görüntüləri yayılıb.
İnterpress.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi “Marinera” tankerinin təqib edilməsi və hərbçilərin gəmiyə çıxarılmasını əks etdirən kadrları yayımlayıb.
Məlumata görə, yayılan görüntülərdə Amerika hərbçilərinin açıq dənizdə tankerə daxil olması anları əks olunub.
Daha əvvəl Rusiya Nəqliyyat Nazirliyi bəyan edib ki, Birləşmiş Ştatların açıq dənizdəki bu cür hərəkətləri BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasının normalarına ziddir.
Xuraman Etibarlı
İnterpress.az