Bakı.Trend:
“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın SüleymanVəzirov küçəsinin bir hissəsində aparılan yenidənqurma işləriuğurla tamamlanıb. Yenidənqurma işləri Xəqani Rüstəmov küçəsi iləkəsişmədən Babək prospektinədək olan ərazini əhatə edib.
Trend xəbərverir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, uzunluğu 1100 metr olan sözügedən küçədə hərəkəthissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsindəavtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.
Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyatvasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasirstandartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb.
Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruriərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləritikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb.
Aidiyyəti üzrə “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğunolaraq yol nişanları quraşdırılıb, yol cizgiləri, yolgöstəricilərvə piyada keçidləri çəkilib.
Aparılan kompleks yenidənqurma işlərindən sonra Süleyman Vəzirovküçəsinin qeyd olunan hissəsi müasir görkəmdə vətəndaşlarınistifadəsinə verilib.